• Bakı 13° C

    6.94 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

HADİSƏ

18 Oktyabr 2024 | 09:47

Yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb

Şəkidə 11 gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın xəstəxanada ölüb.

Bakıvaxtı.az xəbər verir ki, oktyabrın 7-də Şəki rayonunun Qırxbulaq kəndi ərazisində Rəşid Fətəliyev idarə etdiyi “Hyundai” markalı avtomobillə qəza törədib.

Avtomobildəki sərnişin, 27 yaşlı Leyla Məmmədli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq o, dünən Bakı şəhərində müalicə aldığı xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR