Gün ərzində qəfil başlayan və saatlarla davam edən baş ağrıları həyat keyfiyyətinə ciddi mənfi təsir göstərir.
Mütəxəssislər bildirirlər ki, uzun saatlar kompüter ekranına baxmaq, stress, yuxusuzluq, susuzluq və qeyri-müntəzəm qidalanma xroniki baş ağrılarının əsas səbəblərindəndir. Nevroloqlar xəbərdarlıq edirlər ki, tez-tez təkrarlanan ağrılar zamanı yalnız simptomları yatırmağa deyil, altta yatan əsl səbəbi tapmağa fokuslanmaq lazımdır.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, son elmi araşdırmalar bəzi bitki çaylarının baş ağrısının şiddətini azaltmaqda güclü dəstəkləyici rol oynadığını üzə çıxarıb. Ekspertlərin rəyinə görə, ağrının ilk siqnalları yaranan kimi dəmlənən bir fincan təbii içki rahatlıq bəxş edir. Bu baxımdan, güclü iltihabəleyhinə xüsusiyyətlərə malik olan zəncəfil çayı xüsusilə miqrenin ilkin mərhələsində vizual və fiziki rahatlıq təmin edir. Bunun üçün təzə zəncəfil dilimlərini isti suda bir neçə dəqiqə saxlayıb, içinə limon sıxaraq istehlak etmək tövsiyə olunur.
Bundan əlavə, gərginlik və stress qaynaqlı baş ağrılarında bədəni gevşətmək üçün çobanyastığı və melisa çayları, sinus təzyiqini və burun tutulmasını aradan qaldırmaq üçün isə nanə çayının buxarını nəfəsə çəkmək faydalı hesab olunur. Dietoloqlar isə xatırladırlar ki, yüngül susuzluq belə baş ağrısını tetikləyən ən böyük amildir. Buna görə də ağrı hiss edilən an ilk növbədə bol su içilməlidir. Mütəxəssislər bu üsulların müalicəni əvəz etmədiyini, sadəcə köməkçi vasitə olduğunu vurğulayırlar.
Zeynəb Rzayeva
Bakı 




