• Bakı 13° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Xocalıda köməksiz qalan vətəndaşlar xilas edilib - VİDEO

HADİSƏ

04 Yanvar 2026 | 15:20

Xocalıda köməksiz qalan vətəndaşlar xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat daxil olan kimi əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkət edə bilməyən “Azsamand” markalı minik avtomobilinin hərəkəti təmin olunub və vətəndaşlara müvafiq köməklik göstərilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026