Abşeronda avtomobil yanıb.
Bakıvaxtı.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Xırdalan şəhərində BMW markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















