• Bakı 16° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Xərçəngi 2 dəqiqəyə müəyyənləşdirən test hazırlanır

DÜNYA

05 Yanvar 2026 | 22:26 | Müəllif: Subhan Mahmudov

Xərçəngi 2 dəqiqəyə müəyyənləşdirən test hazırlanır

Rusiyada alimlər 2 il ərzində onkoloji xəstəliklərin sürətli müəyyən edilməsi üçün ekspress-test sistemi hazırlamağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Uzaq Şərq Federal Universitetinin Qabaqcıl Mühəndislik Məktəbinin direktoru Lyudmila Tekutyeva bildirib.

Onun sözlərinə görə laboratoriyalarda xərçəng xəstəliklərinin tez aşkarlanması üçün ferment əsaslı test-sistem üzərində iş aparılır. Alimlər bu məqsədlə diaqnostika üçün uyğun olan unikal dəniz mikroorqanizmləri aşkar ediblər.

Hazırda test-sistem üzrə doklinik sınaqlar davam edir. Tədqiqatçıların məqsədi bu mərhələni 2 il ərzində başa çatdırmaqdır. Tekutyeva bildirib ki, alimlər artıq fermentlərin bioreaktorlarda sintezi texnologiyasını hazırlayıblar və tam istehsal dövrü formalaşdırılıb. Hazırda işlər birbaşa test-sistemin yaradılması mərhələsinə keçib.

Qeyd edək ki, daha əvvəl xarici mütəxəssislər xərçəngin erkən əlamətlərindən biri kimi uzunmüddətli simptomlara diqqət yetirilməsinin vacibliyini vurğulayıblar./Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026