• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Xaçmazda minik avtomobili aşıb - yaralananlar var - YENİLƏNİB

HADİSƏ

04 May 2025 | 21:07 | Müəllif: Subhan Mahmudov

Xaçmazda minik avtomobili aşıb - yaralananlar var - YENİLƏNİB

Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı xəsarət alan Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəlludü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.H, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.

Onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda xəsarət alan şəxslərin diaqnostik müayinəsi müvafiq tibb müəssisəsində davam etdirilir.

 

***18:54

Gəndob Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaquboba kəndi yaxınlığından keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, minik avtomobilinin aşması nəticəsində 4 nəfər ağır xəsarətlər alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    İlkin məlumata görə, yaralılardan 1-i azyaşlıdır. Hamının vəziyyəti ağırdır. Tibbi yardım göstərilir.

    Faktla bağlı araşdırma aparılır./apa


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR