ABŞ-nin vitse-prezidenti J.D. Vens bildirib ki, Vaşinqton İranla danışıqlarda müəyyən irəliləyiş əldə edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
“Onlar bunun bitməsini istəyirlər. Sual budur ki, onların sistemi bizim məmnun qalmağımız və bu qarşılıqlı əlaqədən lazım olan hər şeyi əldə etdiyimizi hiss etməyimiz üçün lazım olanı təmin edə bilirmi? Bunu hələ görməliyik, amma inanıram ki, son bir neçə gündə müəyyən irəliləyiş əldə etmişik”, - deyə o, bildirib.
O deyib ki, biz İranla danışıqlar aparırıq, Hörmüz boğazından gələn neft və qazın həcmini maksimum dərəcədə artırmağa çalışırıq. Hazırda diqqətimiz bundadır.
Vens əlavə edib ki, Vaşinqton həmçinin Tehranın ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün lazım olan uzunmüddətli dəyişikliklər etməyə hazır olub-olmadığını anlamağa çalışır.
ABŞ vitse-prezidenti bildirib ki, son bir həftə ərzində İran və Fars körfəzi ölkələri, xüsusən də Oman, Hörmüz boğazında təhlükəsiz naviqasiyanın təmin edilməsi yollarını müzakirə ediblər.
Vensin sözlərinə görə, bunun üçün su yoluna yerləşdirilmiş minalar səbəbindən gəmilərin təhlükəsiz keçməsinə imkan verən nəqliyyat planı hazırlanmalıdır.
Bakı 



