• Bakı 20° C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Venesuelada təyyarə qəzaya uğradı: ölənlər var

DÜNYA

23 Oktyabr 2025 | 22:34 | Müəllif: Subhan Mahmudov

Venesuelada təyyarə qəzaya uğradı: ölənlər var

Venesuelada təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb, iki pilot ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “The Mirror” qəzeti məlumat yayıb.

Bildirilib ki, faciə oktyabrın 22-də baş verib. Məlumata görə, təyyarə San-Kristobaldakı Paramillo hava limanında uçuş-enmə zolağına düşüb və alovlanıb.

Həlak olanlar 50 yaşlı Xose Antonio Bortone Terife və 47 yaşlı Xuan Maldonadodur. Təyyarədə sərnişin olmayıb.

Qəzaya səbəb kimi şinin partlaması və ya pilot səhvi göstərilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026