• Bakı 21° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Venesuelada Maduronu azad etmək üçün komissiya yaradıldı

DÜNYA

05 Yanvar 2026 | 10:17

Venesuelada Maduronu azad etmək üçün komissiya yaradıldı

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges Prezident Nikolas Maduronu və həyat yoldaşı Silia Floresi azad etmək üçün komissiya yaradıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. 

Qeyd edilib ki, xanım Rodriges komissiya sədrliyinə qardaşı, Milli Assambleyanın prezidenti Xorxe Rodrigesin və xarici işlər naziri İvan Pinto Hiyunun namizədliyini irəli sürüb. Onlar həmsədr təyin ediliblər. İnformasiya naziri Alfredo Nazaret Nanyes də yeni komissiyaya daxil ediləcək.

Yanvarın 3-də Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının ABŞ qüvvələri tərəfindən ölkədən qaçırılmasından sonra Ali Məhkəmə vitse-prezident Delsi Rodrigesi müvəqqəti dövlət başçısı təyin edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Oktyabr 2026