• Bakı 18° C

    1.16 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Vatsapdan daha bir yenilik

DÜNYA

22 Oktyabr 2025 | 21:05 | Müəllif: Gülşən Şərif

Vatsapdan daha bir yenilik

Vatsap yeni funksiya üzərində işləyir.

Bakıvaxtı.az xəbər verir ki, vatsapda naməlum kontaktla videozəng zamanı ekranlarını paylaşmağa cəhd edilərsə, istifadəçilərə xəbərdarlıq etməyə başlayacaq.

Oxşar təhlükəsizlik funksiyası feysbukda da tətbiq olunacaq.

Yenilik fırıldaqçıların özlərini bankların, aviaşirkətlərin və digər təşkilatların müştəri xidmətlərinin işçiləri kimi təqdim etdikləri geniş yayılmış saxtakarlıq sxeminin qarşısını almağa yönəldiləcək.

Bildirilir ki, onlar saxta brend profilləri yaradır, şirkətlərin rəsmi səhifələrində şərh yazan istifadəçilərlə əlaqə qurur və kömək adı altında onları ekran paylaşımını aktivləşdirməyə inandırırlar.

“Meta” qeyd edir ki, şübhəli fəaliyyət aşkar edilərsə, onun süni intellekti istifadəçiyə potensial saxtakarlıq sxemi barədə məlumat verəcək və şübhəli hesabı bloklamaq və şikayət vermək kimi müdafiə variantlarını təklif edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026