• Bakı 21° C

    6.22 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Üzərində “patı” tapılan keçmiş məhkuma cinayət işi açıldı

HADİSƏ

10 Oktyabr 2021 | 15:52

Üzərində “patı” tapılan keçmiş məhkuma cinayət işi açıldı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tutularaq məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş rayon sakini Elçin Abdullayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026