Növbəti iki il ərzində Ukrayna dronlarının mənzilinin 3000 kilometrdən 10000 kilometrə qədər artırılması nəzərdə tutulur.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı bloger Lori Lumerə müsahibəsində deyib.
Zelenskinin sözlərinə görə, Ukraynanın uzunmənzilli PUA proqramının inkişafı yeni mərhələyə qədəm qoyur.
"Beləliklə, indi vacib olan odur ki, 3000+ kilometr mənzilli dronlar var. Bu il 4000 kilometr, gələn il isə 5000-10000 kilometr mənzilli dronlarımız olacaq", - deyə prezident bildirib.
Bakı 



