• Bakı 18° C

    3.02 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Ukraynada qaçqınların qaytarılması proqramına start veriləcək

DÜNYA

12 Dekabr 2024 | 14:48 | Müəllif: Gülşən Şərif

Ukraynada qaçqınların qaytarılması proqramına start veriləcək

"2025-ci ildə Ukraynada qaçqınların qaytarılması proqramı işə salınacaq".

Bakıvaxtı.az "Novosti.live" telekanalına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Aleksandr Kamışin deyib.

O, bildirib ki, 2025-ci ildə Ukraynada Almaniyadan olan qaçqınların geri qaytarılması proqramı fəaliyyətə başlayacaq. 

"Milli Birlik Nazirliyinin rəhbəri Aleksey Çernışovla birlikdə ukraynalıların ölkənin müdafiə sənayesinə qaytarılması üzərində işləyirik. Yeni nazirliyin rəhbərliyi altında Ukrayna və Almaniya üçün pilot layihə olacaq və gələn ilin əvvəlində Almaniyadan başlayacaq. Bu yolla yeni nazir ukraynalıların, o cümlədən müdafiə sənayesinə qayıtmasına başlayacaq", - deyə Kamışin qeyd edib.

Gülşən Şərif
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026