Türkiyənin Kastamonu vilayətində güclü yağışlar nəticəsində başlayan sel fəlakətində həlak olanların sayı 10-a çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin TRT telekanalı məlumat verib.
Bildirilir ki, Sinopda daha bir nəfər həyatını itirib, Bartın vilayətində isə bir nəfərin axtarışları davam edir.
Telekanal qeyd edib ki, üç vilayətdə ümumilikdə 1307 nəfər təxliyyə olunub.
















