• Bakı 24° C

    2.92 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə iki hərbi bazaya dronla HÜCUM

HADİSƏ

21 May 2021 | 13:11

Türkiyədə iki hərbi bazaya dronla HÜCUM

Türkiyənin Batman şəhərində iki hərbi obyektə dronla hücum olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib.

“Pilotsuz təyyarələrin və Şırnakdakı 23-cü Piyada Diviziyasının komandanlığının yerləşdiyi Batmandakı bazamıza dron vasitəsilə hücum olunub”,- deyə Soylu qeyd edib.

Dronlar zərərsizləşdirilib, itkinin olmadığı bildirilir.

Bu, son üç gündə Türkiyənin hərbi obyektlərinə edilən ikinci belə hücumdur. Belə ki, mayın 19-u Türk Hava Qüvvələrinin Diyarbəkirdəki bazasına uzaqdan idarə olunan maket təyyarə vasitəsilə hücum cəhdi olmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026