Türkiyədəki helikopter qəzasında ölənlərin sayı artıb.
“Anadolu” Agentliyinin məlumatına görə, hadisə nəticəsində yaralanan hərbçilərdən daha biri xəstəxanada vəfat edib.
Bununla da, qəza sonrası ölənlərin sayı 11-ə çatıb. Hazırda iki hərbçinin xəstəxanada yaralı halda olduğu bildirilir.
***
Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qəza zamanı ağır xəsarət almış bir hərbçi dünyasını dəyişib.
Qeyd edək ki, hadisə Türkiyə ordusuna məxsus "Cougar" tipli hərbi helikopter Bingöldən Tatvana uçuş həyata keçirən zaman baş verib.
***
Türkiyənin Bitlis vilayətinin Tatvan rayonunda hərbi helikopter qəzaya uğrayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində 9 nəfər həlak olub, 4 nəfər xəsarət alıb. Əraziyə xilasedicilər və tibbi yardım briqadaları cəlb olunub. Qəzanın təfərrüatları məlum deyil.
















