• Bakı 21° C

    1.43 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana gətirilir

HADİSƏ

04 Iyul 2022 | 17:01

Türkiyədə həlak olan sürücünün nəşi Azərbaycana gətirilir

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində ölən azərbaycanlı sürücü Şahlar Kərimovun nəşi Azərbaycana yola salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. 3 yük maşını qayaların altında qalmışdı. Ölən şəxs 99-HY-188 dövlət nömrə nişanlı yük avtonəqliyyat vasitəsinin sürücü Şahlar Kərimov olub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026