• Bakı 21° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Türkiyədə 50-dən çox insan qidadan zəhərləndi

DÜNYA

22 Noyabr 2025 | 12:34 | Müəllif: Əli Hüseynov

Türkiyədə 50-dən çox insan qidadan zəhərləndi

Qaziantepdə Vilayət Miqrasiya İdarəsinə bağlı Repatriasiya Mərkəzində axşam yeməyindən sonra 56 nəfər ürəkbulanma və ishal şikayəti ilə xəstəxanaya müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müayinədən sonra onların qidadan zəhərləndiyi məlum olub. Xarici vətəndaşlar şəhərdəki müxtəlif xəstəxanalara aparılıb və təcili yardım şöbələrində müalicə alıblar. 

Həkimlər tərəfindən qida zəhərlənməsi diaqnozu qoyulan 56 nəfərdən 48-i müalicədən sonra evə buraxılıb, səkkizi isə hələ də müalicə alır.

Qaziantep Valiliyinin açıqlamasında hadisə ilə bağlı araşdırma başlandığı və səkkiz nəfərin vəziyyətinin yaxşı olduğu bildirilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026