• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyə PKK liderini belə məhv etdi - VİDEO

HADİSƏ

18 May 2021 | 19:21

Türkiyə PKK liderini belə məhv etdi - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi PKK terrorçularının Suriya qanadının lideri, Sofi Nurettin adı altında gizlənən Halef El- Muhammedin məhv edildiyi anın görüntülərini yayımlayıb.

Bakıvatxı.az xəbər verir ki, kadrlarda Halef El- Muhammedin olduğu bildirilən mağaraya “F-16” qırıcıları vasitəsilə raket zərbəsi endirildiyi görünür.

İnterpolun qırmızı bülleteni ilə axtarılan Muhammed,Türkiyə Milli Kəşfiyyat Təşkilatı və Türkiyə ordusunun ortaq əməliyyatı ilə zərərsizləşdirilib.

Terrorçunun koordinatlarının təyin edilməsindən sonra o, PUA-lar vasitəsilə 24 saat boyunca nəzarətdə saxlanılıb, həmçinin ərazinin təhlili və qiymətləndirilməsi aparılıb.

Göstərilən ərazidə mülki şəxslərin olmadığı barədə məlumatlar əldə edildikdən sonra “F-16” qırıcıları Sofi Nurettin və köməkçilərinin olduğu mağaraya raket zərbəsi endirib.

Türkiyə səlahiyyətlilərinə görə, Sofi Nurettin bu il fevral ayında İraqın şimalındakı Qara bölgəsindəki “Pençe Kartal-2” əməliyyatı zamanı Türkiyə ordusuna müqavimət göstərməyə çalışan terrorçulara rəhbərlik edib. 13 Türkiyə vətəndaşının edam edilməsini əmr edən şəxsin məhz o olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026