q
  • Bakı 16° C

    10.61 m/s

  • USD - 1.7

    EUR - 1.98

    RUB - 2.318

Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olunub

CƏMİYYƏT

16 May 2026 | 16:11

Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olunub

Milli Təhlükəsizlik Teşkilatı (MİT) Türkiyədə həssas məlumatları xarici kəşfiyyat xidmətlərinə ötürən beynəlxalq casus şəbəkəsinə qarşı əməliyyat keçirib.

Bakıvaxtı.az APA-ya istinadən xəbər verir ki, Ankara mərkəzli istintaq çərçivəsində 4 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda şəbəkə rəhbəri olduğu bildirilən şəxs də daxil olmaqla 7 şübhəli şəxs saxlanılıb, 2 nəfərin isə başqa cinayətə görə həbsdə olduğu açıqlanıb.

    Məlumata görə, şəbəkə Türkiyədəki qeyri-hökumət təşkilatları, dərnəklər, ictimai qruplar və dövlət əməkdaşları barədə həssas məlumatlar toplayaraq xarici xüsusi xidmət orqanlarına ötürüb.

    Aparılan istintaq nəticəsində şəbəkənin əlaqə, hesabat və maliyyələşmə mexanizmləri ifşa olunub, saxlanılan 7 nəfər barəsində həbs qətiimkan tədbiri görülüb.


    SON XƏBƏRLƏR

    15 May 2026