q
  • Bakı 13° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Türk general Liviyada hərbi təlimdə - FOTOLAR

DÜNYA

18 Aprel 2026 | 20:23

Türk general Liviyada hərbi təlimdə - FOTOLAR

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi ordu generalı Levent Ergün Liviyada davam edən "Flintlock-2026" çoxmillətli xüsusi təyinatlı qüvvələr təliminin açılış mərasimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının 2-ci rəisi Liviya Milli Birlik Hökumətinin müdafiə naziri general-mayor Əbdüssəlam Zubi, Liviya Milli Ordusunun baş komandan müavini, ordu generalı Səddam Haftar və ABŞ Afrika Komandanlığının müavini general-leytenant Con Brennan ilə görüşlər də keçirib.


SON XƏBƏRLƏR