ABŞ prezidentinin ailəsinə məxsus "The Trump Organization" şirkəti Tiflisdə möhtəşəm "Trump Tower" binasının inşasını planlaşdırır.
Bakıvaxtı.az "The Wall Street Journal" (WSJ) nəşrinə istinadən xəbər verir ki, 70 mərtəbəli bu bina Gürcüstan paytaxtının ən hündür tikilisi olacaq.
Çoxfunksiyalı kompleksə lüks mənzillər, ticarət sahələri və hotel infrastrukturu daxil ediləcək.
Layihənin layihələndirilməsini beynəlxalq "Gensler" bürosu həyata keçirir, Gürcüstan tərəfindən isə tərəfdaş qismində "Archi Group" və "Biograpi Living" developer şirkətləri çıxış edir.
Həmçinin konsorsiuma Tramp ailəsinin çoxdankı tərəfdaşı olan Nyu-Yorkun "Sapir Organization" şirkəti də qoşulub.
Erik Tramp bəyan edib ki, bu layihə Gürcüstanda şirkətin "ümumdünya səviyyəsində tanınan keyfiyyət standartlarını" tətbiq etməyə imkan verəcək.
Qeyd edək ki, bu, brendin Gürcüstan bazarında möhkəmlənmək üçün etdiyi ikinci cəhddir. Hələ 2012-ci ildə Batumidə oxşar qüllənin tikintisi planlaşdırılsa da, Donald Trampın birinci prezidentlik müddəti öncəsi maraqlar toqquşmasının qarşısını almaq üçün layihə dondurulub.
WSJ-nin məlumatına görə, Donald Trampın ikinci prezidentlik müddətinin başlaması ilə şirkət Yaxın Şərq, Vyetnam və Hindistan bazarlarını əhatə edən bir sıra yeni xarici layihələrə start verib. /Musavat.com
Bakı 




