• Bakı 29° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

DÜNYA

08 Avqust 2026 | 22:34

Tramp xüsusi elçilərini Kiyev və Moskvaya göndərir - TARİX

ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner yaxın 10 gün ərzində Kiyev və Moskvaya səfər edə bilərlər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.

"Səfər bir həftə və ya 10 gün diapazonunda baş tuta bilər", — deyə agentliyin həmsöhbəti mümkün səfər tarixləri barədə suala cavab verərkən bildirib.

Qeyd edək ki, iyulun sonlarında Qərb mediası Uitkoff və Kuşnerin yaxın vaxtlarda Kiyevə səfər edə biləcəyi barədə məlumatlar yaymışdı. 

Onların Moskvaya mümkün səfəri barədə informasiyalar da gündəmə gəlmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Avqust 2026