• Bakı 23° C

    5.17 m/s

Tramp Şimali Koreya ilə dialoq aparmaq istəyir

DÜNYA

18 Sentyabr 2026 | 07:36 | Müəllif: Ayyət Əhməd

Tramp Şimali Koreya ilə dialoq aparmaq istəyir

“Donald Tramp illərdir kəsilən ABŞ və  Şimali Koreya arasında dialoqu bərpa etmək  istəyir”.

Bakıvaxtı.az “LeFigfaro.fr”ə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Li Çje Myon bildirib. Onun sözlərinə görə, Prezident Tramp dialoq istəyir:

“Mən də Prezident Trampı Pxenyanla dialoqa təşviq edirəm”.

Li Çje Myon əlavə edib ki, Tramp-Kim görüşü çətindir, lakin qeyri-mümkün deyil:

“Bunun nə qədər ehtimal olunduğunu dəqiq deyə bilmərəm, amma eyni zamanda aydındır ki, bu ehtimalı reallığa çevirmək üçün hər cür səy göstərməliyik”.

Xəbərdə qeyd olunur ki, D.Tramp Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Inla münasibətləri yenidən alovlandırmağa çalışır və ilin sonuna qədər onunla yenidən görüşməyi planlaşdırır. Şimali Koreya isə hələ ABŞ-yə cavab verməyib.

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026