• Bakı 29° C

    0.2 m/s

  • USD - 1.7

    EUR - 1.9436

    RUB - 2.1726

Tramp müşavirləri ilə görüşdü - İranla bağlı qərar veriləcək

DÜNYA

24 Iyul 2026 | 23:15

Tramp müşavirləri ilə görüşdü - İranla bağlı qərar veriləcək

ABŞ Prezidenti Donald Tramp İrana qarşı gələcək addımları müzakirə etmək məqsədilə administrasiyasının yüksəkvəzifəli rəsmiləri və müşavirləri ilə görüş keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, görüş ABŞ-nin İrana qarşı hərbi əməliyyatları genişləndirib-genişləndirməməsi ilə bağlı mümkün qərarların müzakirəsinə həsr olunub. Hələlik görüş zamanı hər hansı yekun qərarın qəbul edilməsi barədə məlumat verilməyib.

Qəzet xatırladır ki, Tramp bu həftənin əvvəlində “Axios” portalına müsahibəsində administrasiyasının İrana qarşı genişmiqyaslı hərbi əməliyyat və kütləvi zərbələr endirilməsi imkanlarını nəzərdən keçirdiyini bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Iyul 2026