• Bakı 15° C

    3.56 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0898

Təzyiqin səbəbləri BUNLAR ola bilər

CƏMİYYƏT

01 Aprel 2026 | 08:21

Təzyiqin səbəbləri BUNLAR ola bilər

Yüksək qan təzyiqi (hipertoniya) bəzən ciddi qəbul edilməyən, lakin sağlamlıq üçün təhlükə yaradan gizli amillərdən qaynaqlana bilər.

Bakıvaxtı.az xəbər verir ki, rusiyalı kardioloq Valeriya Bonadıkova "Lenta.ru" nəşrinə müsahibəsində təzyiqi yüksəldən əsas səbəbləri açıqlayıb.

Həkimin sözlərinə görə, təzyiqin artmasına təsir edən ən əsas amillərdən biri yuxu problemləridir. Yuxu çatışmazlığı sinir sisteminin aktivliyini artırır, nəticədə ürək daha gərgin işləyir və damarlarda tez-tez spazmlar yaranır. Bu səbəbdən gecə saatlarında təzyiqin düşməsi çətinləşir, səhərlər isə göstəricilər normadan yüksək olur.

Kardioloq vurğulayıb ki, bəzi dərmanlar da qan təzyiqinin artmasına birbaşa təsir göstərir:

- İltihab əleyhinə ağrıkəsicilər;

- Soyuqdəymə əleyhinə həblər;

- Damardaraldıcı burun damcıları və spreyləri.

Təzyiqin yüksəlməsinin digər səbəbi isə xroniki ağrılardır. Daimi ağrı hiss edən orqanizm gərgin vəziyyətdə olur ki, bu da damar tonusunun yüksəlməsinə və yuxu keyfiyyətinin pisləşməsinə gətirib çıxarır. Nəticədə ağrıkəsicilərdən daha çox istifadə olunur ki, bu da təzyiqi yeni, daha yüksək bir səviyyədə sabitləşdirir.


SON XƏBƏRLƏR

31 Mart 2026