• Bakı 19° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Tesla təxminən 13 min avtomobilini geri çağırır

DÜNYA

22 Oktyabr 2025 | 20:35 | Müəllif: Gülşən Şərif

Tesla təxminən 13 min avtomobilini geri çağırır

ABŞ-nin elektrik avtomobil istehsalçısı Tesla, batareya paketininin komponentindəki problem səbəbindən təxminən 13 min avtomobilini geri çağıracağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, şirkətin müəyyən 2025 Model 3 və 2026 Model Y avtomobilləri geri çağırılacaq. Belə ki, nasazlıq halında avtomobillər güc itirə bilər ki, bu da qəza riski yaradır.

Geri çağırılacaq avtomobillərin sayı 12 963 olaraq bildirilir.

Tesla problemli komponenti pulsuz olaraq dəyişdirəcək. Aavtomobil sahiblərinə bildiriş məktublarının 9 dekabr tarixində göndərilməsi planlaşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026