• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Minaya düşən şəxsin ayağı amputasiya edildi - YENİLƏNİB

HADİSƏ

09 Mart 2023 | 16:57

Minaya düşən şəxsin ayağı amputasiya edildi - YENİLƏNİB

Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində minaya düşən 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin son vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Bərdə rayon Mərkəzi xəstəxanasının Cərrahiyə şöbəsinin müdiri Bəhruz Abbasov məlumat verib.

O qeyd edib ki, Y.Hadiyev bu gün səhər saatlarında Tərtər rayon Mərkəzi xəstəxanasından təcili yardım avtomobili ilə Bərdə rayon Mərkəzi xəstəxanasına gətirilib.

“Xəstə mina partlaması nəticəsində xəsarətlər alıb və xəsarətləri sol aşağı ətrafın pəncə nayihəsinin travmatik amputasiyasıdır. Xəstəyə ilkin yardım olundu və əməliyyata alındı. Əməliyyat uğurla keçdi, hal hazırda xəstənin vəziyyəti orta ağır stabildir, müalicəsi davam etdirilir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Vətən Müharibəsindən sonra ümumilikdə 284 nəfər minaya düşüb, onlardan 130 nəfər mülki şəxs, 154 nəfər hərbi qulluqçudur. /Trend

 

14:05

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi barədə məlumat yayıb.

    ANAMA-nın Mətbuat Xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, 9 mart tarixində Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

    Məlumata əsasən mina partlayışı nəticəsində 1989-cu il təvəllüdlü Hadıyev Yaquar Əliheydər oğlu xəsarət alıb.

    Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

    ***

    13:46

    Tərtərdə bir nəfər minaya düşüb.

    Bakıvaxtı.az xəbər verir ki, martın 9-u Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində 1989-cu il təvəllüdlü Yaquar Hadiyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

    Hazırda qeyd edilən faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma davam etdirilir. 


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    19 Noyabr 2026