“Bu il TƏBİB-ə 8.648 vətəndaş müraciəti daxil olub. Daxil olan şikayətlərin sayı isə 2.173 (ümumi müraciətlərin 25%-i) olub”.
Bakıvaxtı.az xəbər verir ki, bunu “TƏBİB - Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, daxil olan şikayətlərin mövzuları 28%-i müayinə və müalicə prosedurları üzrə bağlıdır: “Şikayətlırin 20%-i müəssisənin infrastrukturu, 13%-i etik davranış qaydalarının pozulması, 13%-i iş və əmək münasibətlərinin pozulması ilə bağlıdır. Daxil olmuş hər bir müraciət TƏBİB-in müvafiq struktur qurumları tərəfindən araşdırılaraq müraciət edən təşkilatlara və vətəndaşlara araşdırmanın nəticələri, görülmüş tədbirlər barədə məlumatlar verilir. Bakı şəhəri üzrə vətəndaşlardan və təşkilatlardan daxil olan müraciətlərin əsas məzmunu İlkin səhiyyə müəssisələrində tibbi xidmətin göstərilməsi zamanı fərdi olaraq bəzi həkimlərlə rastlaşdıqları problemlər, tibbi sənədləşmənin icrası ilə bağlı köməklik göstərilməsi və s. ilə əlaqəlidir”.
Ramid İbrahimov
















