• Bakı 20° C

    2.05 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Tbilisidə azərbaycanlı kürdlərlə davada qətlə yetirildi - Saxlanılan var

HADİSƏ

23 May 2021 | 14:55

Tbilisidə azərbaycanlı kürdlərlə davada qətlə yetirildi - Saxlanılan var

Tbilisidə azərbaycanlının qətlə yetirilməsi ilə bağlı bir nəfər saxlanılıb.

Bakıvaxtı.az unikal.org-a istinadən xəbər verir ki, həmin şəxs törədilən cinayət barədə məlumat verməməkdə təqsirli bilinir.

Gürcüstanın Daxili İşlər Nazirliyində hadisə zamanı daha 3 nəfərin xəsarət alması faktını təsdiqləyiblər.

İnsidentlə bağlı istintaqın davam etdirildiyi qeyd olunub.
 

***

14:53

Gürcüstanın paytaxtı Tbilisinin mərkəzi Abanotubani rayonunda ötən gecə yerli gənclər arasında dava baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, köhnə Xarpuxi məhəlləsindəki insident zamanı 32 yaşlı yerli azərbaycanlı qətlə yetirilib.

Hadisə zamanı bir neçə azərbaycanlı gəncin xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Yayılan məlumatlara əsasən, dava azərbaycanlı və kürd əsilli gənclər arasında olub.

Hadisənin digər detalları hələ məlum deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026