İstanbulda tanınmış şəxslərə qarşı narkotik ittihamı ilə aparılan istintaq çərçivəsində daha 5 şübhəli saxlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul Baş Prokurorluğunun açdığı cinayət işi üzrə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
İstanbul Jandarma Komandanlığı tərəfindən keçirilən əməliyyat zamanı şübhəlilər saxlanılaraq istintaqa cəlb olunublar.
Saxlanılanlar arasında məşhur aktrisa Çağla Boz da yer alıb. O, yaşadığı evdə tutulub. Axtarış zamanı narkotik vasitə aşkarlanmasa da, narkotik istifadəsində istifadə olunduğu ehtimal edilən elektron tərəzi götürülüb.
Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.
Qeyd edək ki, Çağla Boz 2026-cı ilin yanvarında da narkotik istifadəsi ilə bağlı keçirilən əməliyyat zamanı saxlanılmışdı. Həmin vaxt onun evindən 11 ədəd “patı” aşkar edildiyi bildirilmişdi.
















