• Bakı 23° C

    6.21 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Tailandda rahiblər qəzaya düşdü: 8 ölü, 13 yaralı

DÜNYA

02 Iyul 2026 | 12:00 | Müəllif: Gülşən Şərif

Tailandda rahiblər qəzaya düşdü: 8 ölü, 13 yaralı

Tailandın şimal-şərqindəki Mukdahan əyalətində pikapın rahiblərdən ibarət qrupu vurması nəticəsində 8 nəfər ölüb, 13 nəfər isə ağır yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə polisə istinadən "Khaosod" nəşri məlumat yayıb.

Xilasedicilər, polis və təcili yardım xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Yolda və yol kənarında rahiblərin meyitləri aşkar edilib. Rahiblərdən 5-i hadisə yerində, 3-ü isə sonradan xəstəxanada həyatını itirib. Yaralanan 13 rahib ən yaxın xəstəxanaya çatdırılıb.

Polisin ilkin araşdırmasına əsasən, pikapın sükanı arxasında yetkinlik yaşına çatmayan şəxs olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026