• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

"Qurbana dedim ki, "məni də istefaya göndərməyəcəksən?"  - Diniyev​​​​​​

İDMAN

03 Fevral 2024 | 18:00 | Müəllif: Subhan Mahmudov

"Qurbana dedim ki, "məni də istefaya göndərməyəcəksən?" - Diniyev​​​​​​

"Oyundan öncə Qurban Qurbanova dedim ki, "məni istefaya yollamayacaqsan?"

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri "Səbail" klubunun baş məşqçisi Şahin Diniyev "Qarabağ"la oyundan sonrakı mətbuat konfransında deyib.

Diniyev matç öncəsi "Qarabağ"ın çalışdırıcısı ilə etdiyi zarafatdan danışıb: 

"Qurban Qurbanov gözəl mütəxəssisdir. Ona böyük hörmətim var. "Qarabağ"ın "Sabah" üzərindəki böyük hesablı qələbisndən sonra bizdə motivasiya yarandı. Layiqli oyun oynamağa çalışdıq. "Qarabağ"la açıq futbol oynamaq ölümə bərabərdir. Oyunçuları çox cəld, çox peşəkardırlar. Biz riskə getdik, amma futbolumuzu da oynadıq. Yaxşı oyun sərgilədik".

Qeyd edək ki, matç "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Ziyafət Əlisoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026