• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTOLAR

İQTİSADİYYAT

19 May 2023 | 19:03 | Müəllif: Subhan Mahmudov

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTOLAR

Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin aktual məsələləri müzakirə olunub.
 
Bakıvaxtı.az xəbər verir ki, Aviasiya Təhlükəsizliyi üzrə Respublika İdarələrarası Komissiyasının 4-cü iclasında "Azərbaycan Hava Yolları" QSC-nin, Dövlət Mülki Aviasiya Agentliyinin, hava nəqliyyatında güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti  iştirak edib.
 
İştirakçılar aviasiya təhlükəsizliyinin təmin edilməsinin mövcud vəziyyətini və onun gələcək inkişaf strategiyasını qiymətləndiriblər.
 
Aviasiya təhlükəsizliyi sahəsində yeni texnologiya və metodların tətbiqinə nəzər salınıb, hava limanının sərnişin və yük terminallarında təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə edilib, həmçinin həyata keçirilən tədbirlərin təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb.
 
İclasın nəticəsi olaraq gələcəkdə aviasiya təhlükəsizliyinin inkişafının əsas istiqamətləri müəyyən edilib və onun təmin edilməsi üzrə tədbirlər görülüb.
 
İdarələrarası Komissiya mütəmadi olaraq Azərbaycanda aviadaşımaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görüşlər keçirir.

 


Heydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTOLARHeydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTOLARHeydər Əliyev Beynəlxalq Aeroportunda aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026