• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Sürücülərin NƏZƏRİNƏ: Bu yol BAĞLANACAQ

CƏMİYYƏT

02 Sentyabr 2024 | 14:47 | Müəllif: Əli Hüseynov

Sürücülərin NƏZƏRİNƏ: Bu yol BAĞLANACAQ

Bakı şəhərində yol-nəqliyyat infrasturukturunun yaxşılaşdırılması məqsədilə tədbirlər planına əsasən tədbirlər həyata keçirilir.

Bakıvaxtı.az AAYDA-ya istinadən xəbər verir ki, 3 sentyabr saat 06:00-dan başlayaraq Mehdiabad-Digah-Məmmədli “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna gedən avtomobil yolunda Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissədə aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün mərhələli şəkildə tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026