• Bakı 13° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Sumqayıtda sərnişin avtobusu yandı 

HADİSƏ

02 Avqust 2023 | 13:25

Sumqayıtda sərnişin avtobusu yandı

Sumqayıtda sərnişin avtobusu yanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə 5-ci mikrorayon ərazisində, Novxanı istiqamətində gedən yolda qeydə alınıb.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb.

Qurumdan cavab olaraq bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, avtobusun hərəkətdə olduğu zaman tüstülənərək mühərrik hissəsinin yanmağa başladığı müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən avtobusun digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. /baku.ws


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026