• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

CƏMİYYƏT

03 Yanvar 2026 | 09:16 | Müəllif: Əli Hüseynov

Sumqayıtda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Sumqayıt şəhərində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

Bakıvaxtı.az teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin 22-ci məhəlləsində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.

Məlumata görə, 1993-cü il təvəllüdlü Əliyar Əliyev, 1995-ci il təvəllüdlü Əlisalam Əliyev və 1963-cü il təvəllüdlü Şəhla Həsənəliyeva hamam otağında olarkən dəm qazının təsirinə məruz qalıblar.

Zəhərlənən şəxslər təcili tibbi yardım briqadasının köməyi ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026