• Bakı 15° C

    8.78 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Stomatoloji kabinetdən 9 qızıl diş oğurlanıb

HADİSƏ

19 Dekabr 2023 | 11:40

Stomatoloji kabinetdən 9 qızıl diş oğurlanıb

Suraxanıda stomatoloji kabinetlərin birindən 9 ədəd qızıl diş və digər əşyalar oğurlayan şəxs saxlanılıb.

DİN-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Suraxanı rayonunda yerləşən stomatoloji kabinetlərin birindən oğurluq edilib. Zərərçəkən Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək kabinetdən 7500 manat dəyərində tibbi avadanlıq, noutbuk və 9 ədəd qızıl dişin oğurlandığını bildirib. Bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1985-ci il təvəllüdlü Firudin Babayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 4 qram narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. F.Babayevin əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polis orqanlarına müaciət edə bilərlər.


Stomatoloji kabinetdən 9 qızıl diş oğurlanıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026