• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Somali sahillərində piratlar yanacaq tankeri ələ keçiriblər

DÜNYA

31 May 2026 | 23:50

Somali sahillərində piratlar yanacaq tankeri ələ keçiriblər

Somali sahillərində piratların neft məhsulları daşıyan tankeri ələ keçirdiyi ehtimal olunur.

Bakıvaxtı.az-ın Somalinin aparıcı xəbər telekanalı "Dalsan"a istinadən məlumatına görə, bunu Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) və yerli hakimiyyət orqanları təsdiqləyib.

Hadisə çərşənbə günü Bari regionunun (Puntlend) sahilyanı Hafun və Bandarbeyla şəhərləri arasındakı sularda, gəmi Berberadan Moqadişuya doğru hərəkət edərkən baş verib. UKMTO-nun məlumatına görə, gəmi hərəkətdə olarkən naməlum şəxslər göyərtəyə qalxaraq idarəetməni ələ keçiriblər.

Bildirilib ki, tanker pakistanlı iş adamlarına məxsusdur və yanacaq daşıyırmış. Ekipaj üzvlərinin sayı və vətəndaşlığı barədə məlumat hələlik açıqlanmayıb. Dənizçilərin vəziyyəti ilə bağlı hazırda rəsmi məlumat yoxdur və heç bir qruplaşma gəminin qaçırılmasına görə məsuliyyəti üzərinə götürməyib.

Hakimiyyət orqanları araşdırmaları davam etdirir və hadisənin təfərrüatlarının müəyyənləşdirilməsi, həmçinin gəminin və ekipajın azad edilməsi üçün tədbirlər görür.


SON XƏBƏRLƏR

31 May 2026