• Bakı C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Şirvanda yol qəzası - dörd nəfər xəsarət alıb

HADİSƏ

22 Mart 2026 | 23:21

Şirvanda yol qəzası - dörd nəfər xəsarət alıb

 

Şirvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Şirvan şəhər sakinləri, 1991-ci il təvəllüdlü Əmrahov Rüfət Habil oğlu, 2010-cu il təvəllüdlü Quliyeva Fatimə Pərviz qızı, 1984-cü il təvəllüdlü Şatayeva Aynurə Zaur qızı və 2004-cü il təvəllüdlü Şatayev İsmayıl Elxan oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanlardan üç nəfər ambulator müalicəyə buraxılıb. R. Əmirov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

 

 


SON XƏBƏRLƏR

22 Mart 2026