• Bakı 22° C

    7.11 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Şirakın həyat yoldaşı 93 yaşında vəfat etdi

DÜNYA

06 Iyun 2026 | 18:35

Şirakın həyat yoldaşı 93 yaşında vəfat etdi

Fransanın keçmiş prezidenti Jak Şirakın dul arvadı Bernadett Şirak 93 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Bernadett Şirak Fransa tarixində seçkili siyasi vəzifə tutan ilk və yeganə birinci xanım olub.

O, 1971-ci ildə Korrez departamentində Sarran bələdiyyə şurasına seçilib və 1979-cu ildən 2015-ci ilə qədər departamentin baş müşaviri vəzifəsində çalışıb.

1995-ci ildən 2007-ci ilə qədər ölkəyə rəhbərlik etmiş Jak Şirakla Bernadett Şirak Paris Siyasi Araşdırmalar İnstitutunda oxuyarkən tanış olublar və 1956-cı ildə evləniblər.

Onların evliliyi 63 ildən çox - 2019-cu ildə Jak Şirak ölənə qədər davam edib.


SON XƏBƏRLƏR

05 Iyun 2026