• Bakı 19° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

CƏMİYYƏT

11 Mart 2025 | 19:35 | Müəllif: Subhan Mahmudov

Şimali Makedoniya Prezidenti ADA Universitetində tələbələrlə görüşüb

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də ADA Universitetində tələbələrlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, Qordana Silyanovska-Davkova çıxışında iki ölkə arasındakı dostluq əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.

O, Azərbaycan və Şimali Makedoniya arasında geniş əməkdaşlıq potensialının olduğunu qeyd edərək, xüsusilə təhsil, iqtisadiyyat və mədəni sahələrdə əlaqələrin inkişafına diqqət çəkib.

Daha sonra Prezident regiondakı geosiyasi vəziyyət, Şimali Makedoniyanın beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşüb. O, ölkəsinin Avropa ilə əlaqələrinin möhkəmləndirilməsinə dair atılan addımlardan danışıb və Azərbaycanın beynəlxalq arenada artan rolunu yüksək qiymətləndirib.

Görüş interaktiv şəkildə davam edib və Prezident Qordana Silyanovska-Davkova tələbələrin suallarını cavablandırıb.

Gənclərlə açıq dialoq aparan dövlət başçısı onların gələcək planları, təhsil imkanları və ikitərəfli münasibətlərin perspektivləri ilə maraqlanıb.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Oktyabr 2026