İtaliyanın Siciliya adasında anormal istilər və güclü küləklər səbəbindən meşə yanğınları davam edir.
Bakıvaxtı.az "Sky TG24"ə istinadən xəbər verir ki, yanğın yüzlərlə hektar ərazini yandırıb və yayılmağa davam edir.
Kütləvi yanğınlar səbəbindən adada fövqəladə vəziyyət elan edilib. Yüzlərlə sakin təxliyə edilib.
Yanğınsöndürənlər, mülki müdafiə qüvvələri və hava qüvvələrinin şəxsi heyəti alovları söndürmək üçün səfərbər edilib.
Xilasedicilərin səylərinə baxmayaraq, yanğınlar hələ də nəzarət altına alınmayıb.
Gülşən Şərif
Bakı 



