Şəmkirdə yanğın olub.
Bakıvaxtı.az-ın FHN-ə istinadən xəbərinə görə, yanğın rayonun Düyərli kəndində qeydə alınıb. Ümumi sahəsi 150 m² (hər mərtəbəsi 75 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 45 m² sahədə və içərisindəki ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















