• Bakı 15° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Şəkidə narkokuryer tutuldu - FOTO

HADİSƏ

02 Oktyabr 2024 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

Şəkidə narkokuryer tutuldu - FOTO

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 40 yaşlı Ramal Eyubov Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, ondan 1 kiloqram 270 qram heroin və 2 kiloqram 300 qram marixuana aşkar olunub. Araşdırmalarla R.Eyubovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin narkotik vasitələri sifariş əsasında Qazax rayonuna çatdırmalı və bunun qarşılığında maddi gəlir əldə etməli imiş.

Məhkəmənin qərarı ilə R.Eyubov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Şəkidə narkokuryer tutuldu - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR