• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şəkidə ağır avtomobil qəzası: Ölən var

HADİSƏ

17 May 2021 | 10:32

Şəkidə ağır avtomobil qəzası: Ölən var

Şəki şəhərində yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-2107 də sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.

Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026