• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Şəhriyar Məmmədyarov FİDE reytinqində irəliləyib

İDMAN

01 Mart 2021 | 09:18

Şəhriyar Məmmədyarov FİDE reytinqində irəliləyib

FİDE şahmatçıların yeni reytinq cədvəlini açıqlayıb.

Bakıvaxtı.az apasport.az-a istinadən xəbər verir ki, mart reytinqində ötən siyahı ilə müqayisədə bəzi dəyişikliklər olub.

100 ən yaxşı arasında Azərbaycanın 6 kişi və 3 qadın şahmatçısı yer alıb. 

Millimizin liderlərindən Şəhriyar Məmmədyarov bir pillə irəliləyib. 2770 xala malik qrossmeysterimiz 8-cidir. Ondan 5 xal geri qalan Teymur Rəcəbov 10-cu yerdə qalıb.

Hərəyə 1 pillə geriləyən Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abbasov 2664 xalla 75-ci sırada qərarlaşıb. Ondan 10 xal az toplayan Rauf Məmmədov 3 addım geriləyərək 90-cı yerə yüksəlib. Yığmamızdan ayrılmasına baxmayaraq, hələ də Azərbaycan təmsilçisi kimi göstərilən Arkadi Naydiç 2649 xalla 1 pillə yüksələrək 95-cidır. 

Siyahıda ilk "üçlük" dəyişməyib. Maqnus Karlsen (Norveç, 2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.
 
Qadın şahmatçılar sırasında isə 3 həmyerlimiz yer alıb. Yığma üzvlərindən Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cu yerə yuvarlanıb. Bir pillə irəliləyən Gülnar Məmmədova (2382) 79-cudur. Ondan 6 xal geri qalan Xanım Balacayeva 89-cu sırada qalıb.

Qadın zəka sahiblərinin cədvəlində Yifan Hou (Çin, 2658) liderliyini qoruyub. Aleksandra Qoryaçkina (Rusiya, 2593) ikinci, Humpi Koneru (Hindistan, 2586) üçüncüdür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026