“Vəkil Şəfiqə Nağıyevanın vəziyyəti yaxşıdır”.
Bunu Bakıvaxtı.az-a aparıcı Tarix Əliyev (Tolik) deyib.
Tolik bildirib ki, Ş.Nağıyeva dünən onun ad günündə iştirak edib: "Restoranın yanı tıxac idi, avtomobillər çox idi. Şəfiqə xanım restorandan çıxanda maşın onu vurub".
Avtomobil vurması nəticəsində vəkilin ayağı əzilib.
"Mənim ad günüm, əslində bu gündür. Dünən qeyd etmişəm və Şəfiqə xanım da o məclisdə iştirak edib. Təbdirdən çıxanda isə avtomobil onu vurub”.
T.Əliyev qeyd edib ki. Ş.Nağıyeva xəstəxanadadır. vəziyyəti yaxşıdır: “Rentgen, müayinə olunub. Çox da pis deyil".
Xəyalə Rza
***
5 iyun, 23:58
Vəkil Şəfiqə Nağıyevanı maşın vurub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, vəkil aparıcı Tarix Əliyevin (Tolik) ad günündən çıxarkən yolu keçmək istəyib və həmin an onu maşın vurub.
Ş.Nağıyeva hospitala aparılıb.






jpg-1688561799.webp)


jpg-1688557994.webp)



jpg-1688533527.webp)


