• Bakı 21° C

    5.77 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Səbuhi dünən Monteneqrodan qayıdıbmış...

HADİSƏ

16 Oktyabr 2025 | 17:10

Səbuhi dünən Monteneqrodan qayıdıbmış...

Bu gün Tovuzda törədilmiş qətllə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə Monteneqroda işləyirmiş.

O, 4 ay imiş həmin ölkədə çalışırmış və dünən Azərbaycana qayıdıb.

Bundan sonra Səbuhi qayınatasının Tovuzun Əyyublu kəndində yerləşən evinə gedərək orada həyat yoldaşı Mətanətə hücum edib. Onun öz həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirdiyi bildirilir.

Hadisədən sonra S.Hacızadə paylaşdığı videoda arvadını öldürdüyünü etiraf edib və öz həyatına da son qoyacağını deyib.

Hələlik ondan xəbər almaq, taleyi barədə məlumat öyrənmək mümkün olmayıb.


Səbuhi dünən Monteneqrodan qayıdıbmış...
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026