• Bakı 23° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Saray qəsəbəsində partlayış olub, bir ailənin 4 üzvü xəsarət alıb

HADİSƏ

05 Mart 2021 | 12:15

Saray qəsəbəsində partlayış olub, bir ailənin 4 üzvü xəsarət alıb

Abşeron rayonunda partlayış baş verib. Hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Qəsəbə ərazisində səhər saatlarında fərdi yaşayış evində qəfil partlayış olub.

Hadisə nəticəsində evdə olan 1972-ci il təvəllüdlü Mehdiyeva Mətanət Məmməd qızı, 1993-cü il təvəllüdlü Mahmudova Ayşə Əbülfət qızı, 3 yaşlı Mahmudov Məhəmməd Zahiri oğlu və 4 yaşlı Mahmudova Nilay Zahiri qızı ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızması olub.

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026